AZ

Ağcabədidə meşədə çobanın meyiti tapılıb

AĞCABƏDİ, 8 yanvar. TELEQRAF

Bu gün Ağcabədidə yerləşən meşə ərazisində kişi meyiti aşkar edilib.

Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə yerinə cəlb olunan hüquq- mühafizə orqanlarının araşdırmaları zamanı məlum olub ki, tapılan meyit Ağsu rayon sakini Xasayev Çingiz Gündüz oğluna məxsusdur.

Ç.Xasayevin meşə ərazisinə yerləşən fermada çoban işlədiyi bəlli olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Seçilən
63
1
teleqraf.com

2Mənbələr