Türkiyənin "Qalatasaray" klubu gənc istedad Can Armando Günərin transferini uğurla başa çatdırıb.
Fanat.Az xəbər verir ki, "sarı-qırmızılılar" futbolçu ilə tam razılıq əldə edib və keçidin yaxın vaxtlarda rəsmən açıqlanması gözlənilir.
Burhan Can Terzinin məlumatına görə, "Fənərbağça" gənc oyunçuya "Qalatasaray"ın təklif etdiyi məbləğdən üç qat daha çox maaş təklif etsə də, Can Armando Günər üstünlüyü "aslanlar"a verib.
Digər komandaların da maraq dairəsində olan futbolçunun bu qərarı İstanbulun digər nəhəngini transfer yarışında məğlubiyyətə uğradıb.