AZ

Azərbaycan Atletika Federasiyasının hesabat konfransı keçirilib

Bakı, 8 yanvar, AZƏRTAC

Azərbaycan Atletika Federasiyasının (AAF) 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib.

AAF-dan AZƏRTAC-a verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov gündəlikdə duran məsələlər barədə məlumat verib.

Ötən il ərzində federasiya tərəfindən ciddi işlərin görüldüyünü və bu istiqamətdə aparılan fəaliyyətin qarşıdakı illərdə nüfuzlu yarışlarda öz bəhrəsini verəcəyinə ümid etdiyini bildirən gənclər və idman naziri Fərid Qayıbov konfransın işinə uğurlar arzulayıb.

Baş katib Məhərrəm Sultanzadə il ərzində federasiyanın fəaliyyəti ilə bağlı geniş hesabat xarakterli çıxış edib. Ardınca hakimlər kollegiyasının sədri Şirin Vəliyevin, eləcə də baş mühasib Gülnarə Şiryayevanın hesabatları dinlənilib və qəbul olunub.

Sonra ötən ilin ən yaxşıları mükafatlandırılıb. İlin kişi idmançısı Əlhəm Nağıyev, ilin qadın idmançısı Yekaterina Sariyeva, ilin gənc idmançısı İlahə Quliyeva, ilin məşqçisi Vidadi Əlisgəndərov, ilin hakimi isə Namiq Əsədov seçilib. Avropa Atletikasının məşqçi mükafatı Oktay Şahtantinskiyə təqdim edilib.

Federasiya rəhbərliyi atletika üzrə milli komandanın baş məşqçi vəzifəsinə yeni təyin olunan təcrübəli mütəxəssis, “Əməkdar məşqçi”, "Əməkdar bədən tərbiyəsi və idman xadimi" Tofiq Əliyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Seçilən
77
7
azertag.az

10Mənbələr