AZ

250 min avroya alıb 23 milyona satdılar - ƏTRAFLI

Portuqaliya Liqasının təvazökar klublarından olan "Jil Visente"nin gənc hücumçu Pablo ilə bağlı həyata keçirdiyi transfer əməliyyatı futbol dünyasında böyük marağa səbəb olub.

Fanat.Az xəbər verir ki, Portuqaliya təmsilçisi cəmi bir neçə ay əvvəl — yay transfer pəncərəsində heyətinə qatdığı 22 yaşlı forvardın satışından inanılmaz maliyyə mənfəəti əldə edib.

Mövsümün ilk yarısında nümayiş etdirdiyi performansla Avropa klublarının diqqət mərkəzinə düşən Pablo, çıxdığı 13 qarşılaşmada 10 qol vuraraq komandasının turnir cədvəlində Avropa kubokları zonasına yüksəlməsində əsas pay sahibi olub.

"Jil Visente" yayda bu futbolçu üçün cəmi 250 min avro ödəmişdi. Lakin qış transfer pəncərəsinin açılması ilə İngiltərə Premyer Liqasının təmsilçisi "Vest Hem" hərəkətə keçərək gənc forvardı 23 milyon avro qarşılığında heyətinə qatıb.

Bu keçid "Jil Visente" klubu üçün tarixi bir uğur hesab olunur. Belə ki, cəmi 250 min avroluq kiçik bir sərmayə ilə alınan futbolçu, həm komandanı iddialı yerlərə daşıyıb, həm də təxminən 91 faiz gəlir gətirərək klubun ümumi bazar dəyərinə yaxın bir qiymətə satılıb.

Kamil Xudiyev

Seçilən
21
1
fanat.az

2Mənbələr