Fico: Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlara qəsdən mane olunur
Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması üzrə aparılan danışıqlara qəsdən və sistemli şəkildə maneələr yaradılır. Bu barədə Slovakiyanın baş naziri Robert Fico bəyan edib.
“Əminəm ki, sülh danışıqlarına ciddi şəkildə mane olunur. Qəsdən. Bu münaqişənin mümkün qədər tez sülh yolu ilə başa çatdırılmasında səmimi maraq yoxdur”, — deyə Fico RIA Novosti agentliyinə müsahibəsində bildirib.
Slovakiya hökumətinin başçısı qeyd edib ki, hazırda atılan addımlar münaqişənin tezliklə bitəcəyinə deyil, əksinə, onun hələ uzun aylar davam edəcəyinə işarə edir. Onun fikrincə, mövcud siyasi və hərbi proseslər danışıqların real nəticə verməsini çətinləşdirir.
Xatırladaq ki, bundan əvvəl amerikalı jurnalist Taker Karlson da ABŞ-ın Rusiya ilə dolayı müharibəni dayandırmalı olduğunu və Ukrayna prezidenti Vladimir Zelenskinin mövqeyinə həddindən artıq diqqət yetirməkdən imtina etməli olduğunu bəyan etmişdi.