"Mançester Siti"yə keçidi gözlənilən baş məşqçinin əsas transfer hədəfi bəlli olub.
Offsideplus.az xəbər verir ki, Enzo Mareska “Mançester Siti”nin yeni baş məşqçisi təyin ediləcəyi təqdirdə, yay transfer dövründə əsas prioritetini Koul Palmeri yenidən kluba qaytarmağa verəcək.
Məlumatlara görə, klub rəhbərliyi Mareskanın bu mövqeyindən artıq xəbərdardır. Palmer “Siti”nin gələcək layihəsində əsas fiqurlardan biri kimi qiymətləndirilir.
Bu səbəbdən, Mareskanın mümkün təyinatı halında, Palmerin yayda “Mançester Siti”yə dönüşü gündəmin əsas mövzularından biri ola bilər.