Dubaydan Moskvaya uçan “Utair” təyyarəsində fövqəladə vəziyyət yaranıb.
KONKRET.az xəbər verir ki, Rusiyanın “Utair” aviaşirkətinə məxsus, Dubay–Moskva marşrutu üzrə hərəkət edən sərnişin təyyarəsində uçuş zamanı fövqəladə vəziyyət siqnalı qeydə alınıb.
Məlumata görə, təyyarə hadisədən sonra təxminən bir saat yarımdır Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı üzərində havada dövrə vurur. Bu barədə “Flightradar” izləmə sisteminin məlumatlarında qeyd olunub.
Rusiya mediasının yaydığı xəbərlərə əsasən, Bakı vaxtı ilə saat 18:27-yə olan vəziyyətdə hava gəmisi hələ də Dubay ətrafında səmada qalmaqda idi. Hadisənin səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Natiq Səlim,
KONKRET.az