AZ

ChatGPT-dən məsləhət alan 19 yaşlı gənc həyatını itirdi

Bakı.Trend:

ABŞ-nin Kaliforniya ştatında yaşayan 19 yaşlı universitettələbəsi Sam Nelsonun ChatGPT-dən aldığı riskli maddə qarışıqlarıilə bağlı tövsiyələrdən sonra həyatını itirməsi, süni intellektinsəhiyyə sahəsində təhlükəsizliyi ilə bağlı müzakirələri yenidəngündəmə gətirib.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Kaliforniyada yaşayan 19 yaşlı psixologiyatələbəsi Sam Nelson, süni intellekt əsaslı söhbət botu ChatGPT-dənaldığı təhlükəli maddə qarışımı tövsiyələrindən sonra vəfat edib.Hadisə süni intellekt sistemlərinin sağlamlıq və maddə istifadəsimövzularında təhlükəsizlik sərhədlərini yenidən müzakirə obyektinəçevirib.

Nelsonun anası Layla Turner-Skottun paylaşdığı 18 aylıq yazışmaqeydlərinə görə, süni intellekt sistemi gənci müxtəlif maddələribirlikdə istifadə etməyə yönləndirib və bu qarışıqların“təhlükəsiz” olduğu barədə ona təminat verib.

Yazışma tarixçəsində ChatGPT-nin son dərəcə təhlükəli tövsiyələrverdiyi görünüb. Nelson, opioidə bənzər təsiri olan kratom maddəsiilə narahatlığı azaldan Xanax preparatını birlikdə istifadə etməküçün süni intellektdən məsləhət alıb. Bot, gəncin artıq 15 qramkratom qəbul etdikdən sonra yaşadığı ürəkbulanmanı azaltmaqməqsədilə Xanax istifadə edə biləcəyini bildirib və doza ilə bağlıtövsiyə verib.

Mayın 26-da baş tutan başqa bir yazışmada isə süni intellektinNelsona daha güclü hallüsinasiyalar yaşaması üçün öskürək siropunundozasını ikiqat artırmağı məsləhət gördüyü qeyd olunub.

Sam Nelson mayın 31-də anası tərəfindən yataq otağında ölüvəziyyətdə tapılıb.

İki həftə sonra açıqlanan toksikoloji hesabatda ölüm səbəbininalkoqol, Xanax və kratomun birlikdə istifadəsi nəticəsində yarananölümcül təsir olduğu bildirilib. Mütəxəssislər bu kombinasiyanınmərkəzi sinir sistemini həddindən artıq dərəcədə basqılayaraqboğulmaya (asfiksiya) səbəb olduğunu müəyyən ediblər.

Məqalədə:
Seçilən
34
1
az.trend.az

2Mənbələr