“Mançester Siti”də baş məşqçi Pep Quardiola barədə qərar qəbul edilib.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçiyə olan hörmət səbəbindən mövsümün sonuna qədər onunla davam etməyi və daha sonra Enzo Mareskanı komandanın yeni baş məşqçisi təyin etməyi planlaşdırırdı.
Lakin komandanın son dövrdə göstərdiyi zəif çıxışlar klub daxilində ciddi narahatlıq yaradıb. Mövcud vəziyyət yenidən qiymətləndirilir.
Bu səbəbdən bu gün günortadan sonra klub rəhbərliyi arasında fövqəladə iclasın keçirilməsi planlaşdırılır.
Görüşdə “Mançester Siti”nin yaxın dövr üçün atacağı növbəti addımlar müzakirə olunacaq.