Amsterdam “Ayaks”ının 23 yaşlı yarımmüdafiəçisi Kennet Teylor karyerasını İtaliya çempionatında davam etdirəcək.
İdman.Biz xəbəır verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkələr vasitəsilə məlumat yayıb.
Jurnalistin bildirdiyinə görə, futbolçunun transferini “Latsio” həyata keçirib.
Potensial keçidin məbləği 15 milyon avro olaraq qiymətləndirilir.
Əlavə olaraq, iki milyon avronun bonuslar şəklində ödənilməsi nəzərdə tutulur.
Teylorun “qartallar”la imzalayacağı müqavilə 2030-cu ilin ortalarınadək qüvvədə olacaq.
Yarımmüdafiəçi yanvarın 9-da Romada tibbi müayinədən keçəcək.
Cari mövsümün ilk yarısında Kennet Teylor 19 oyunda meydana çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.