AZ

Yunanıstanda fermerlər nəqliyyatın hərəkətini iflic edib - 48 saatlıq ümummilli tətil

Bakı. Trend:

Yunanıstanda fermerlər 48 saatlıq ümumilli tətil çərçivəsindəölkənin əsas avtomagistrallarının və yol ayırıcılarınıbağlayıblar.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, fermerlə istehsalat xərclərinin artması fonundaAvropa İttifaqının Cənubi Amerika ölkələri ilə bağladığı ticarətsazişlərinə etiraz edirlər. Kəndlilər traktorları ilə yollardanəqliyyatın hərəkətinə əngəl yaradaraq, ancaq yanğınsöndürmə, polisvə təcili tibbi yardım maşınlarının keçməyinə imkan verirlər.Kütləvi etirazlara baxmayaraq ölkənin mühafizəkar höküməti yollarınuzunmüddətli blokadasına imkan verməyəcəyini bildirib.

Afinanı şimaldakı Saloniki şəhəri ilə birləşdirən ölkənin əsasavtomagistralı fermerlərin dövlət dəstəyinin gücləndirilməsini vəAİ–Merkosur sazişinin rədd edilməsini tələb etməsi fonunda bir neçənöqtədə hər iki istiqamətdə bağlanıb.

“Biz artıq qaynama həddinə çatmışıq”, – Cənubi Yunanıstanda yolblokadasında beş uşaq atası və kələm istehsalçısı Yiannis Baritasbildirib.

“Ailələrimizi dolandırmaq üçün nə qədər lazımdırsa, buradaqalacağıq. Bizi ümidsizliyə sürükləyiblər”, - o əlavə edib.

Noyabr ayında başlayan etirazlar əvvəlcə istehsal xərclərininartmasına yönəlmişdi və bir sıra böhranlar bu vəziyyəti daha daağırlaşdırmışdı: qanuni subsidiyaların ödənişini gecikdirənsubsidiya fırıldağı qalmaqalı, eləcə də qoyun və keçilər arasındayayılan çiçək xəstəliyi.

Hökumət çərşənbə günü son anda etirazların qarşısını almağaçalışaraq fermerlər üçün elektrik enerjisinin ucuzlaşdırılması vəyanacaq vergisi güzəştləri daxil olmaqla müəyyən güzəştlər elanedib.

Məqalədə:
Seçilən
77
1
az.trend.az

2Mənbələr