AZ

Makron G7-nin antiçin kluba çevrilməməsinin vacibliyini vurğulayıb

Fransa prezidenti formatın həm də anti-BRİKS platformasına çevrilməsinə qarşı çıxıb...

Fransa prezidenti Emmanuel Makron G7 formatının Çinə qarşı yönəlmiş siyasi kluba çevrilməsinin qarşısının alınmasının vacibliyini bəyan edib.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.

Makronun sözlərinə görə, “Yeddilik” qlobal problemlərin müzakirəsi üçün dialoq və əməkdaşlıq platforması olaraq qalmalıdır. “Yeddilik antixin kluba çevrilməməlidir”, deyə Fransa lideri bildirib.

Eyni zamanda Makron qeyd edib ki, G7 digər beynəlxalq birliklərə qarşı da blok xarakteri daşımamalıdır. Onun fikrincə, format BRİKS ölkələrinə qarşı yönəlmiş “anti-BRİKS klubu”na da çevrilməməlidir. Fransa prezidenti vurğulayıb ki, beynəlxalq münasibətlərdə qarşıdurmanı dərinləşdirən yanaşmalar əvəzinə, çoxtərəfli dialoq və balanslı əməkdaşlıq təşviq olunmalıdır.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr