AZ

Fransa rusiyalı basketbolçunu azadlığa buraxdı

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ötən il Fransada saxlanılan və ABŞ-yə ekstradisiya olunmaqla hədələnən rusiyalı basketbolçu azadlığa buraxılıb.

Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Frederik Belo açıqlama verib.

O bildirib ki, Daniil Kasatkin artıq Rusiyaya qayıdıb.

Xatırladaq ki, Kasatkin iyunun 21-də Paris hava limanında ABŞ-nin tələbi ilə saxlanılıb. O, ABŞ-nin federal qurumlarına qarşı hücumlar edən haker şəbəkəsinin üzvü olmaqda şübhəli bilinirdi.

Basketbolçunun vəkili isə bildirmişdi ki, Kasatkinin kompüter sahəsində heç bir biliyi yoxdur və onun cihazı kibercinayətkarlar tərəfindən ələ keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
oxu.az

1Mənbələr