Azərbaycan idmanı üçün çox əhəmiyyətli bir ildir, yarışlara ciddi hazırlaşmaq lazımdır.
İdman.Biz xəbər verir ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimində çıxış edərkən belə deyib.
“Lisenziya yarışları olacaq, hazırlaşmalıyıq. Bu çempionatın fərqi ondan ibarətdir ki, müxtəlif növlər üzrə idmançılar yarışır”, - deyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti bildirib.
Qeyd edək ki, Azərbaycan çempionatı yanvarın 11-dək davam edəcək.