AZ

Bakıda dörd avtomobil TOQQUŞDU

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Nizami və Fikrət Əmirov küçələrinin kəsişməsində qeydə alınıb.

Dörd avtomobilin toqquşması nəticəsində yolda sıxlıq yaranıb.

Xəsarət alanların olmadığı, avtomobillərə ciddi ziyan dəydiyi bildirilib.

Hadisə ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.


Telegram kanalımız
Seçilən
28
yenisabah.az

1Mənbələr