İngiltərənin “Bornmut” komandasından ayrılan hücumçu Antuan Semenyo “Mançester Siti” ilə müqavilə imzalamağa hazırlaşır.
İdman.Biz xəbər verir ki, klublar arasında keçid artıq üç gün əvvəl razılaşdırılıb və Semenyo gözlənildiyi kimi 2026-cı ilin iyununa qədər müqavilə imzalamaq üzrədir.
Semenyo “Tottenhem”ə qarşı dünən əlavə vaxtda vurduğu qələbə qoluyla “Bornmut”dakı çıxışına vida edib və indi “Mançester Siti”yə rəsmi keçid üçün tibbi müayinəni tamamlayır.