“Beşiktaş”dan ayrılan Yonas Svenssonun yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, norveçli müdafiəçi karyerasını vətənində davam etdirəcək.
32 yaşlı futbolçu “Rozenborq” klubu ilə müqavilə imzalayıb.
Bu barədə Norveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Svensson yeni klubu ilə 2 illik sözləşməyə qol çəkib.
Qeyd edək ki, Yonas bu mövsüm “Beşiktaş”ın heyətində 10 rəsmi oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
"Nottinqem Forest"in hücumçusu Bundesliqa klubunda
“Yuventus” Spalletti ilə müqaviləni uzatmaq istəyir
"Sabah" serbiyalı legioneri ilə yollarını ayırıb
Palinya “Tottenhem”də qalmaq istəmir