Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Almaniya prezidenti Frank-Valter Ştaynmayer prezident Donald Trampın rəhbərliyi altında ABŞ-nın xarici siyasətini kəskin tənqid edib. Onun sözlərinə görə, dünyanı “quldur yuvasına” çevirmək olmaz.
Reyting.az “Reuters”ə istinadla xəbər verir ki, simpoziumdakı çıxışında Ştaynmayer qlobal demokratiyanın görünməmiş hücuma məruz qaldığını deyib.
O, Krımın ilhaqını və Rusiyanın Ukraynadakı strateji hərbi əməliyyatlarını ilk tarixi qırılma, ABŞ siyasətini isə ikinci qırılma adlandırıb.
Almaniya prezidenti əlavə edib:
“Məsələ dünyanın ən vicdansızların istədiyini aldığı, bölgələrin və ya bütöv ölkələrin bir neçə böyük dövlətin mülkiyyəti hesab edildiyi quldur yuvasına çevrilməsinin qarşısını almaqdadır”.
E. KAMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.