AZ

Fərid Qayıbov: "Güləş Azərbaycan üçün vacib idman növüdür" » AzadMedia.az


Güləş Azərbaycan üçün vacib idman növüdür.

Bunu gənclər və idman naziri Fərid Qayıbov güləş üzrə Azərbaycan çempionatının açılış mərasimində deyib.

O, ölkədə güləşin inkişaf etdiyini söyləyib:

"Öncə hər birinizi Yeni İl münasibətilə təbrik edirəm və idmançılarımıza yeni-yeni nailiyyətlər arzu edirəm. Güləş bizim üçün ənənəvi idman növüdür, bunu dəfələrlə ölkə başçısı da vurğulayıb. İdmançılarımız ənənəvi olaraq Avropa və dünya çempionatlarında bizi öz medalları ilə sevindirirlər. ​İ məhz Azərbaycan çempionatı ilə başlayır.

​İnanıram ki, bu çempionatda biz yeni ulduzların adlarını biləcəyik. ​İdmançılarımız ciddi hazırlaşıblar və bizi maraqlı görüşlər gözləyir".

Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı yanvarın 11-də başa çatacaq.
Seçilən
10
1
azadmedia.az

2Mənbələr