AZ

Bakıda oğul atasına xəsarət yetirdi

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakının Nəsimi rayonunda 1984-cü il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı atası Əsgərə (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əli atası ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onyn sifət nahiyəsinə qəsdən əl zərbəsi ilə vurub. Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, atası ilə daimi olaraq mübahisələri olub: “Atam heç bir səbəb olmadan evdə mənim və ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlədib. Mən isə onun atam olduğunu düşünərək sözlərinə fikir verməmişəm”. Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, saat 18:15-də birlikdə yaşadıqları evə gələn zaman evdə atasının tək olduğunu görüb: “Həmin zaman atam içkili olduğundan sözlü mübahisəmiz  oldu. Bundan sonra atamı vurmasam da, onu əlim ilə itələdim”.Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Əli 1000 manat məbləğində cərimə olunub. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
demokrat.az

1Mənbələr