AZ

Kafeyə artilleriya zərbəsi endirilib

ain.az bildirir, Reyting.az portalına istinadən.

Bu gün Rusiya qüvvələri Xersonun mərkəzindəki kafeyə hücum edib, nəticədə iki nəfər həlak olub, üç nəfər yaralanıb.

Reyting.az-ın məlumatına görə, Ukraynanın Xerson Vilayət Prokurorluğu bildirib ki, saat 12:20 radələrində Rusiya qüvvələri kafenin binalarından birini artilleriya atəşi ilə vurub.

Nəticədə iki nəfər həlak olub, üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xerson regional polis qüvvələrinin rəisi Aleksandr Prokudinin sözlərinə görə, ruslar Xersonun mərkəzi hissəsinə hücum ediblər.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
reyting.az

1Mənbələr