AZ

Tramp Konqresin razılığı olmadan Qrenlandiya ilə bağlı hərəkət etməyə çətinlik çəkəcək

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Polşanın Xarici İşlər Naziri Radislav Sikorski ABŞ Prezidenti Donald Trampın Konqresin razılığı olmadan Qrenlandiya ilə bağlı hərəkət etməsinin mümkünlüyünə şübhə ilə yanaşdığını bildirib.

Bizimyol.info xəbər verir ki, bunu Sikorski Parisdəki mətbuat konfransında bildirib.

"ABŞ ərazisi haqqında danışarkən, Konqresin olduqca geniş səlahiyyətləri olmalıdır, hər halda olmalıdır. Mən Konqresin Grönlandiya ilə bağlı mövqeyini bilmək istərdim. Bu, transatlantik əlaqələrin çox mühüm məsələsidir və yalnız icraedici hakimiyyət tərəfindən deyil, digər qurumlar tərəfindən də həll olunacaq", - deyə diplomat vurğulayıb.

Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin vacibliyini bəyan edib. İlk prezidentlik dövrü zamanı Qrenlandiyanı satın almağı təklif etmiş, 2025-ci ilin martında isə onu ilhaq etməyə inandığını bildirərək, əgər Kopenhagen bu təklifi rədd edərsə, ticarət rüsumları ilə hədələmişdi. Danimarka Baş Naziri Mette Frederiksen isə bu iddiaları rədd edərək, adanın Krallığa aid olduğunu vurğulayıb.

Qrenlandiya Danimarka Krallığının tərkibində, avtonom ərazi statusu ilə yer alır. 1951-ci ildə Vaşinqton və Kopenhagen, NATO üzrə müttəfiq öhdəliklərinə əlavə olaraq, Qrenlandiyanın müdafiəsi ilə bağlı razılaşma imzalayıblar. Bu müqaviləyə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumaq öhdəliyi götürüb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
bizimyol.info

1Mənbələr