AZ

Narkotikdən müalicə olunan tanınmış teleaparıcı mərkəzdən qaçdı

Bir müddətdir narkotik aludəçiliyindən əziyyət çəkən aparıcı Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb.

Bu barədə "Yeni Sabah"a açıqlamasında  müalicə aldığı reabilitasiya mərkəzinin rəhbəri Ceyhun Salmanov məlumat verib. 

O, qeyd edib ki, tanınmış teleaparıcı müalicədən imtina edərək mərkəzdən uzaqlaşıb:

“Nəsimi Nəbizadəni itirdik. 2 gün əvvəl mərkəzimizdən qaçıb. Tapa biləcəyimizi ümid edirdik. Evlərinə getdim, qardaşı bildirdi ki, evə gəlməyib. 1 nəfər zəng vurub dedi ki, Sovetskidə birlikdə yaşadığı 1 qadın var imiş. İndi onun axtarışındayıq. Bu gün dişlərinin müalicəsi yekunlaşacaqdı. Gələn il üçün də toy etməyi planlaşdırırdıq. Hələ də hadisənin şokunu yaşayıram”.

Aydan Hacı

 

 

 


Telegram kanalımız
Seçilən
64
1
yenisabah.az

2Mənbələr