Bakı. Trend:
“Fənərbaxça”nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə əsaskomandadan uzaqlaşdırılan hücumçu İrfan Can Kahveci İstanbulundigər təmsilçisi “Kasımpaşa”ya icarəyə verilib.
Trend xəbərverir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İrfan Can mövsümün ikinci yarısını Emre Belözoğlunun başməşqçisi olduğu komandada keçirəcək.
Qeyd edək ki, “Fənərbaxça” İrfan Can Kahvecini 2021-ci ilinyanvar ayında “Başakşehir”dən transfer edib. Türkiyə millisininüzvü olan 30 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilinyayına kimi nəzərdə tutulub.