
"Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Fransadakı danışıqların nəticələri barədə məlumat verib".
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalındakı paylaşımında yazıb.Ukrayna lideri bildirib ki, Omerov dünən Fransada apardığı danışıqlarla bağlı mənə məruzə etdi. Belə ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sənəd ABŞ Prezidenti ilə ən yüksək səviyyədə yekunlaşdırılmağa hazırdır.Prezidentin sözlərinə görə, münaqişənin sona çatması üçün əsas çərçivədən mürəkkəb məsələlər də müzakirə olunub və Ukrayna tərəfi bu sənədin yekunlaşdırılması üçün mümkün variantları təqdim edib.
İlahə Qənbərli
Missiya.Az