AZ

"Qarabağ"a qol vuran futbolçu Roma yolunda - Razılıq əldə olundu

İtaliyanın "Latsio" və Niderlandın "Ayaks" klubları Kennet Teylorun transferi ilə bağlı şifahi razılığa gəliblər.

Fanat.Az xəbər verir ki, məlumatı insayder Matteo Moretto yayıb.

Klublar müqaviləni tamamlamaq üzrədirlər. Yarımmüdafiəçinin keçid məbləği 15-17 milyon avro olacaq.

Hazırda oyunçunun müqaviləsinin şəxsi şərtləri, xüsusən də maaşının məbləği ilə bağlı danışıqlar davam etdirilir.

Teylor 2010-cu ildən "Ayaks"ın üzvüdür. Amsterdam komandasında 182 oyunda yarımmüdafiəçi 36 qol vurub və 27 məhsuldar ötürmə edib. Bu qollardan biri 2024-cü ilin oktyabrında "Qarabağ"la UEFA Avropa Liqasının əsas mərhələsi çərçivəsində Bakıda baş tutan III turun oyununda qeydə alınıb. Teylor komandasının 3:0 hesabı ilə qalib gəldikləri görüşdə "Ayaks"ın ilk qoluna imza atıb. 

Seçilən
6
1
fanat.az

2Mənbələr