AZ

AYB kalxoz təfəkürlü cəmiyyətdi, üzvsənsə, ödəməlisən Şərif Ağayar

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənləri xaric edəcək. Bunu AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib. Bildirilib ki, Birliyin üzvləri arasında illik üzvlük haqqını ödəməyənlərin siyahısı müzakirə olunub: "Qaydalara əsasən, bir neçə il üzvlük haqqını ödəməyən şəxslər xəbərdarlıq edilmədən Birlikdən xaric edilməlidirlər. Lakin buna baxmayaraq, onlara dəfələrlə xəbərdarlıq edilib. Qərara alınıb ki, “Ədəbiyyat qəzeti”ndə sonuncu dəfə xəbərdarlıq edilsin. Beləliklə, fevralın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyinin sıralarından xaric ediləcəklər".  

AYB-nin yeni qərarı haqqında “Sherg.az”a danışan Yazıçı Şərif Ağayar deyib ki, Yazıçılar Birliyi 1930-cu illərdə qurulan, azadlığı istisna edən, Azərbaycan sözünü məhv edən, axmaq sistemi olan bir təşkilatdır:

"Elə buna görə də belə anormallıqlar ortaya çıxır. Kalxoz təfəkürlü cəmiyyətdir. Kalxoza üzvsənsə, ödəməlisən. Belə halların yaşanmaması üçün orada azadlıq olmalı, ədalətli seçkilər keçirilirməli, yazarlar müstəqil təşkilatlar yaratmalıdır. AYB-də dünyaya inteqrasiya haqqında düşünməlidirlər, normal əsərlər çıxarmalıdırlar.Axmaq vəziyyətdir...”(içini çəkir)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
97
sherg.az

1Mənbələr