AZ

Qurban Qurbanovun mətbuat konfransının vaxtında dəyişiklik edilib

Yanvarın 9-da “Qarabağ”ın media nümayəndələri üçün təşkil olunacaq açıq məşq və mətbuat konfransının vaxtında dəyişiklik edilib.

Apasport.az xəbər verir ki, saat 11:15-də “Azersun Arena”nın media otağında komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Ardınca, saat 11:45-də “Azersun Arena”nın təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) baş tutacaq.

Qeyd edək ki, “Qarabağ” qış hazırlığına 3 yanvar tarixində start verib və 10 yanvaradək Bakıda məşqlərini davam etdirəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi isə 10–17 yanvar tarixlərində Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək.

“Qəbələ”dən növbəti transfer

AMADA Azərbaycan və ABŞ idmançılarını dopinqə görə cəzalandırıb

Veysəl Rzayev "Kəpəz"də

Tahir Süleymanov: "Sabah"ın fasiləyə lider getməsi sürpriz olmadı"

"Sabah" Rusiya klubuna 400 min avro ödəyib

Seçilən
67
6
apasport.az

10Mənbələr