ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suriyada YPG-yə verilən müddətin bitməsindən sonra Suriya ordusu Hələbdə terror təşkilatının işğal etdiyi Şeyx Maksud və Eşrəfiyyə qəsəbələrindəki mövqelərində əməliyyat başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Əvvəlcədən müəyyən edilmiş hədəflər minaatanlar vasitəsilə vurulub və bölgəyə tankların göndərilməsi ilə toqquşmalar şiddətlənib. Bölgədən silah və partlayış səsləri eşidilir.
10 mart razılaşmasına əsasən ilin sonuna qədər Suriya ordusuna inteqrasiya olunması gözlənilən SDQ-dən gözlənilən addım gəlmədiyi kimi, Hələbdə mülki əhaliyə qarşı hücumlar da baş verib.
Suriya Ordusu açıqlamasında bildirib ki, Şeyx Maksud, Eşrəfiyyə və Bəni Zeyd qəsəbələrindəki SDQ mövqelərinə əməliyyat bu gün saat 13:30-da başlayıb”,-deyə qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.