Əməkdar artist Nigar Şabanova açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, “Tarixin bir günü” verilişində qonaq olan xanəndə bu fikirləri səsləndirib:
“Elə xanımlar var ki, ailə qurmurlar, öz seçimləridir. Bu, o demək deyil ki, həmin xanım tək qalmalıdır. İndi donorlar var ki, gedib ana ola bilərsən. Bilmirəm, qanunvericilikdə bu, varmı? Qadınlar bunu edə bilmirlər. Düşünürəm ki, qadınlar hazır donorlardan dünyaya uşaq gətirə bilərlər, nəinki kiminsə ailəsini dağıdaraq övlad sahibi olsunlar. Digər ölkələrdə - Türkiyədə, Avropada var. Həqiqətən ana olmaq istəyirsənsə, başqa ölkəyə getməyə dəyər. Heç kimin evini dağıtmadan, qadına yaraşmayan hərəkəti etmədən başqa ölkədə övlad sahibi ol. Bunun üçün qadın evlənməyə məcbur deyil”.
Sara, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta