Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra sosial şəbəkə X platformasında Kolumbiya və ABŞ-ın milli simvollarını əks etdirən fotoşəkil paylaşıb. Şəkildə yanaşı duran yaquar və ağbaş qartal təsvir olunub.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Qustavo Petro bildirib ki, telefon danışığı zamanı tərəflər ABŞ-ın Latın Amerikası ilə münasibətlərə yanaşmasında mövcud fikir ayrılıqlarını müzakirə ediblər. Prezident paylaşımında ABŞ-ı sülhə və qlobal demokratiyaya çağırıb.
Kolumbiya lideri vurğulayıb ki, təbii resurslara malik ölkələrə qarşı təzyiq və güc tətbiqi yalnız qlobal riskləri artırır və iqlim böhranını daha da dərinləşdirir. Onun sözlərinə görə, Latın Amerikasının təmiz enerji sahəsində böyük potensialı mövcuddur və bu imkanlar 500 milyard dollar həcmində investisiya hesabına reallaşdırıla bilər.