AZ

Əmr gözləmədən ABŞ-la döyüşəcəyik...

Danimarka mediası ABŞ prezidenti Trampın Qrenlandiya ilə bağlı açıqlamaları ilə bağlı hərbi sənəd yayımlayı və bu sənədə əsasən, Danimarka ordusu mümkün hücum halında təlimat gözləmədən cavab verəcək.

Danimarka  ABŞ-ın Qrenlandiyaya mümkün hərbi müdaxiləsi halında hərbi təlimatları gözləmədən dərhal cavab verəcək.

Ölkə.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarından sonra Danimarka media orqanı “Berlingske” II Dünya Müharibəsindən sonra Danimarka ordusunun hazırlıqsız yaxalanmamalarını təmin etmək üçün hazırladığı 1952-ci ilə aid bir planı ətraflı şəkildə əks etdirən bir sənəd paylaşıb.

Qərara əsasən, Danimarka Silahlı Qüvvələri rəsmi müharibə elanı olmadan belə, təlimat gözləmədən milli əraziyə hücuma cavab verə bilər. Sənəddə həmçinin bildirilir ki, Danimarka əsgərləri "düşmən tərəfindən əsir götürülmüş və ya başqa şəkildə fəaliyyət qabiliyyətini itirmiş vəzifəli şəxslərdən" əmr almamalıdırlar.

Dövlət katibi Marko Rubio ABŞ-ın Qrenlandiyaya hərbi müdaxiləsinin mümkünlüyü ilə bağlı suala cavab olaraq deyib: "Mən burada Danimarka və ya hərbi müdaxilə haqqında danışmaq üçün deyiləm. Gələn həftə onlarla görüşəcəyəm. O zaman bu məsələləri müzakirə edəcəyik".

Mürtəza

Seçilən
52
olke.az

1Mənbələr