AZ

Tramp barmaq silkələdiyi prezidentlə Ağ Evdə görüşəcək

ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petronun ona telefonla zəng etdiyini və tezliklə onunla görüşməyi səbirsizliklə gözlədiyini açıqlayıb.

Ölkə.az xəbər verir ki, bu barədə  Tramp “Truth Social” sosial media platformasında paylaşım edib.

Tramp yazıb: "Kolumbiya prezidenti Qustavo Petro ilə danışmaq böyük şərəf idi. O, narkotik və digər məsələlərlə bağlı fikir ayrılıqlarımızla bağlı vəziyyəti aydınlaşdırmaq üçün zəng etdi. Onun zəngini və üslubunu təqdir etdim və tezliklə onunla görüşməyi səbirsizliklə gözləyirəm. Görüş Vaşinqtonda, Ağ Evdə olacaq”.

Kolumbiya Prezidenti Petro isə  X hesabında paylaşımında bildirib ki, Trampla  Venesueladakı vəziyyəti, narkotik qaçaqmalçılığına qarşı mübarizəni və iki ölkə arasında ünsiyyətin qorunmasının vacibliyini müzakirə etdik.

Petro onu da qeyd edib ki, görüş zamanı həmkarı ilə qlobal sülhün və demokratiyanın əhəmiyyəti barədə danışıb. O Trampa xəbərdarlıq edərək deyib ki, Latın Amerikasından yalnız neft üçün istifadə beynəlxalq hüququn məhvinə və nəticədə barbarlığa və üçüncü dünya müharibəsinə səbəb olacaq".

"Bu, dünya sülhü üçün real risk yaradır və dönməz iqlim çöküşünə və həyatın məhv olmasına gətirib çıxarır. Latın Amerikasının təmiz enerji potensialı 500 milyard dollarlıq investisiya ilə reallaşdırıla bilər və ABŞ hazırda bu fürsətə malikdir".

Mürtəza

Seçilən
56
1
olke.az

2Mənbələr