Dövlət Departamenti ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırıb.
APA xəbər verir ki, çağırış Dövlət Departamentinin farsdilli “X” səhifəsində yerləşdirilib.
Çağırışda ABŞ-ın Tehranda səfirliyinin olmadığı, eyni zamanda, ABŞ vətəndaşlarının terrorizm, iğtişaşlar, adam oğurluğu və ədalətsiz həbslər də daxil olmaqla, İranda ciddi risklərlə üzləşdikləri xatırladılıb.
“Öz təhlükəsizliyinizi qorumaq üçün heç bir vəchlə İrana səfər etməyin”,- Dövlət Departamenti xəbərdarlıq edib.