AZ

Telefonu əlindən yerə qoymayan qadın sürücü az qala qəza törədəcəkdi VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Sumqayıt şəhərində (Saray körpüsü istiqamətində) qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb. 

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına video göndərərək məlumat verib. Hadisə yanvarın 5-də səhər saatlarında qeydə alınıb.

Videodan görünür ki, 90-OY-750 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq zolağından sola keçməyə çalışıb, bu zaman görüntünü qeydə alan sürücüyə qəza riski yaradıb. Şikayətçi bildirib ki, avtomobili idarə edən qadın sürücü hadisə zamanı mobil telefondan istifadə edib və maşında iki yaşlı uşaq da olub.

Belə halların qarşısını almaq üçün sürücülərə tövsiyə olunur ki, yol hərəkəti qaydalarına ciddi əməl etsinlər, sükan arxasında diqqəti yayındıran əşyaları istifadə etməsinlər və xüsusilə uşaqların olduğu avtomobillərdə məsuliyyətlərini ikiqat artırsınlar.

Nərmin

Oxunub 336

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
avtosfer.az

1Mənbələr