AZ

“Azerbaijan Open” beynəlxalq turnirinin ilk qalibi: “Şahdağ”ın xizək yolları çox gözəldir

Qusar, 8 yanvar, Elxan Yusifli, AZƏRTAC

Qalib olmaq həmişə çox gözəl təcrübədir. Amma bu dəfə daha gözəl oldu. Çünki Azərbaycanda, bizə qonşu olan ölkədə keçirilən beynəlxalq turnirdə qalib gəldim.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Şahdağ” Turizm Mərkəzində keçirilən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ilk günündə qalib gələn Gürcüstan idmançısı Nino Thklauri söyləyib.

Qalib idmançı "Şahdağı”n qış idman növlərinin təşkili üçün çox yüksək imkanlara malik olduğunu vurğulayıb.“Bu yarış Azərbaycanda ilk dəfədir keçirilirdi. “Şahdağ”ın xizək yolları çox gözəldir. Burada insanlar mehribandırlar. Bu yarış böyük təcrübə oldu”, - deyə o bildirib.

Qeyd edək ki, turnirin ilk günündə idmançılar dağ xizəyinin Slalom növündə yarışaraq medallar uğrunda mübarizə aparıblar.

Yarışın nəticəsinə uyğun olaraq gürcüstanlı idmançı Nino Thklauri 1-ci yerə, isveçli atlet Nikita Anner 2-ci yerə, özbəkistanlı xizəkçi Kseniya Brejnaya 3-cü yerə sahib olublar.

Seçilən
81
2
azertag.az

3Mənbələr