“Latsio” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Msport.az xəbər verir ki, İtaliya təmsilçisi “Ayaks”dan Kennet Teylorla razılaşıb.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Latsio” Kennet üçün 15 milyon avro ödəyəcək.
Teylor bu mövsüm 15 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.