AZ

Ərdoğan Malaziyanın Baş naziri ilə görüşüb

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malaziyanın Baş naziri Ənvər İbrahim ilə görüşüb.

TurkicWorld xəbər verir ki, rəsmi qəbul zamanı Ərdoğanın xanımı Əminə Ərdoğan, həmçinin Malaziya Baş nazirinin xanımı Van Azizah Ismail da iştirak ediblər.

Görüş çərçivəsində Türkiyə ilə Malaziya arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Qəbulun iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd edilib.

Seçilən
50
turkic.world

1Mənbələr