AZ

Rusiya Xarici İşlər Nazirliyi Qərbin Ukraynaya qoşun yeritmək planlarına cavab verdi

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hurriyyet.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qərb qoşunlarının və hərbi obyektlərinin Ukraynaya yerləşdirilməsi Rusiyanın təhlükəsizliyinə təhdid yaradan müdaxilə hesab ediləcək. Nazirliyin şərhi Xarici İşlər Nazirliyinin saytında dərc edilib.

Bəyanatda deyilir: "Qərb hərbi hissələrinin, hərbi obyektlərinin, anbarlarının və digər infrastrukturlarının Ukrayna ərazisində yerləşdirilməsi təkcə Rusiyanın deyil, həm də digər Avropa ölkələrinin təhlükəsizliyinə birbaşa təhdid yaradan xarici müdaxilə kimi təsnif ediləcək".

Zaxarova əlavə edib ki, bu xəbərdarlıqlar dəfələrlə ən yüksək səviyyədə səsləndirilib və aktuallığını qoruyub saxlayır.

Bir müddət əvvəl "The Times" qəzeti Fransa və Böyük Britaniyanın Ukraynaya 15 minə qədər əsgər göndərməyə hazırlaşdığını bildirib. Qəzetin məlumatına görə, Qərb hərbçiləri Ukraynada avadanlıqların saxlanılması, əsgərlərin təlimi və müdafiə infrastrukturunun tikintisi ilə məşğul olacaqlar.

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
hurriyyet.az

1Mənbələr