AZ

Sevgilisindən 2 milyon miras qaldı

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Avstraliyanın Melburn şəhərində yaşayan bir kişi internet üzərindən tanış olduğu şəxsə vəsiyyətində 2 milyon dollar miras qoyub. 

“Cebheinfo.az” xəbər verir ki, lakin sonradan həmin şəxsin gerçəkdə mövcud olmadığı məlum olub.

Belə ki, Uilyam İan Sauti 2022-ci ildə 73 yaşında vəfat edib. Ölümündən cəmi iki ay əvvəl hazırladığı vəsiyyətnaməsində internetdə tanış olduğu və heç vaxt üz-üzə gəlmədiyi sevgilisini mirasının əsas varisi və vəsiyyətin icraçısı kimi göstərib. 

Vəsiyyətə əsasən, Sauti keçmiş həyat yoldaşı Key Mosliyə 100 min dollar vəsait ayırıb.Evi də daxil olmaqla qalan bütün əmlakını isə onun “onlayn sevgilisinə” miras qoyub. Əgər sevgilisi bu mirası qəbul etməzsə, həmin payın Mosleyə verilməsini istəyib.

Lakin vəsiyyətin icrası zamanı Mosley və onun vəkilləri sözügedən sevgili ilə əlaqə saxlamaqda çətinlik çəkiblər. Sanal sevgili yalnız elektron poçt vasitəsilə ünsiyyət qurur, görüntülü danışıqdan isə imtina edib.

Həmin şəxs ABŞ pasportunun olduğunu iddia edən bir sənəd göndərsə də, bu sənədin saxta olduğu müəyyən edilib.

Bildirdiyi ünvanda da belə bir şəxsin yaşamadığı məlum olub. ABŞ-də tutulan özəl detektiv araşdırmalar nəticəsində bu şəxsin tamamilə uydurma kimlik olduğu qənaətinə gəlib.

Ötən ay isə Avstraliya məhkəməsi belə bir şəxsin real həyatda mövcud olmadığına qərar verib və mirasın qalan hissəsi keçmiş həyat yoldaşı Key Mosleyə verilib.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
1
cebheinfo.az

2Mənbələr