ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.
AzVision.az bildirir ki, belə bəyanat verən İsveçrənin “Yaşıllar” partiyasının prezidenti Liza Matszone Donald Trampın yanvarın sonunda Davosda keçiriləcək Dünya İqtisadi Forumunda (DİF) iştirakı üçün göndərilən dəvəti ləğv etməyə çağırıb. Onun fikrincə, ABŞ prezidenti Donald Tramp Venesuelaya hücum nəticəsində onun prezidenti Nikolas Maduronu oğurlamaqla “beynəlxalq hüququn əsaslarını” pozub və buna görə də konfederasiya hakimiyyəti Amerika liderini Davos Forumunun iştirakçıları siyahısından rəsmən çıxarmalıdır. “Özünü dəniz qulduru kimi aparmasına, başqa ölkənin neftini oğurlamasına və ən əsası onun ərazi bütövlüyünü pozmasına baxmayaraq, Tramp üçün qırmızı xalça sərilməsi qəbuledilməzdir. Konfederasiya “İsveçrəyə təhlükəsizlik, sabitlik və rifah gətirən beynəlxalq hüququ açıq şəkildə məhv etmək istəyən” adama “platforma verməməlidir”. Buna görə də o, “Cenevrə Konvensiyaları ölkəsində persona non-qrata” olmalıdır”, - siyasətçi İsveçrənin “20 minutes” nəşrinə açıqlamasında vurğulayıb. Xatırladaq ki, yanvarın 19-dan 23-dək Davosda “Dialoq ruhu” şüarı altında Dünya İqtisadi Forumunun (DİF) illik toplantısı keçiriləcək. Tədbirin proqramı beş əsas qlobal çağırış ətrafında qurulub, onlardan ən mühümü getdikcə qeyri-sabitləşən dünyada əməkdaşlıqdır. Ağ Ev Trampın forumda iştirakını təsdiqləyib. “Reuters” agentliyinin mənbələrinin məlumatına görə, tədbirdə Amerika liderini ABŞ-nin Maliyyə naziri Skott Bessent, Ticarət naziri Hovard Lutnik və Energetika naziri Kris Raytın müşayiət edəcəklər. Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.