ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Ötən gün Milli Məclisin deputatı Elman Nəsirovun Demokrat.az-a açıqlaması ictimai müzakirələrə səbəb olub və müxtəlif cür şərh edilib. Məsələ ilə bağlı yaranan suallara aydınlıq gətirmək məqsədilə deputat saytımıza bildirib ki, onun fikirləri yazının başlığında fərqli sözlərlə paylaşılıb. E.Nəsirov əlavə edib ki, onun sözügedən məsələ ilə bağlı fikirləri ümumi kontekst daxilində belə qiymətləndirilməlidir: "Adətən, oxucuların əksəriyyəti yalnız yazıların başlığını oxuyurlar. Mənim verdiyim müsahibədə isə başlıqla mətni fərqli olub. Mən demişəm ki, bəzi hallarda təklif olunan işlərə maraq göstərilmədiyi də müşahidə olunur. Yəni iş var, lakin iş axtaran şəxs onu müxtəlif səbəblərlə qəbul etmir – maaş, iş şəraiti və ya şəxsi maraqlar uyğun gəlmir. Bu isə göstərir ki, işsizlik problemi təkcə işin olmaması ilə deyil, həm də seçim və münasibətlə bağlıdır”. Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.