AZ

İran: İsrailin bölgəyə təhdidi heç vaxt bu qədər böyük olmayıb

7 oktyabr 2023-cü ildə Qəzzaya qarşı soyqırım xarakterli hücumlara başlayan İsrailin bölgədəki aqressiyası getdikcə artıb və atəşkəsin əldə olunması bu vəziyyətin qarşısını ala bilməyib.

İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Əraqçi müxtəlif təmaslar keçirmək üçün səfər etdiyi Livanda jurnalistlərə açıqlamalar verib.

“7 ölkə İsrail hücumlarının hədəfi olub”

Livana prezident və parlament sədri də daxil olmaqla yüksək vəzifəli rəsmilərlə regional məsələləri müzakirə etmək üçün gəldiyini bildirən Əraqçi, Yaxın Şərqin ciddi çağırış və təhdidlərlə üz-üzə qaldığını vurğulayıb. O qeyd edib:

“İsrailin bölgəyə yönəlik təhdidi heç vaxt bu qədər böyük olmayıb. Daha əvvəl İran və Livan da daxil olmaqla 7 ölkə İsrail hücumlarının hədəfinə çevrilib. Hazırda belə Livan ərazilərinin bir hissəsi İsrailin işğalı altındadır. Keçən il imzalanmış atəşkəs razılaşması pozulub.”

Seçilən
33
aznews.az

1Mənbələr