AZ

Türkiyədən keçən il rekord ixracat



2025-ci ildə Ankaradan ixrac rekord səviyyəyə çataraq 17.485.656.000 dollar təşkil edib.

Newscenter.az Türkiyənin Ticarət Nazirliyinə itinadən bildirir ki, bu da əvvəlki ilə nisbətən 24,1% artım deməkdir.

Ümumilikdə Türkiyənin ixracı isə ötən il 2024-cü illə müqayisədə 4,5% artaraq 273,4 milyard dollara çatıb.

Ankaranın ixracında ilk yeri Böyük Britaniya tutub. Bu dövrdə sözügedən ölkəyə ixrac 1 milyard 390 milyon 730 min dollar təşkil edib. Ondan sonrakı yeri 1 milyard 112 milyon 120 min dollarla ABŞ və 1 milyard 112 milyon 99 min dollarla Almaniya tutub. İlk beşlikdə qərarlaşan ölkələr sırasında Çin və Slovakiya da yer alıb.

Süleyman
Seçilən
33
1
newscenter.az

2Mənbələr