AZ

İstanbulda baş verən flrtına fəsadlar yaradıb

İstanbul, 8 yanvar, Günel Karatepe, AZƏRTAC

Bu gün günorta saatlarında İstanbulda baş verən şiddətli flrtına fəsadlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə şiddətli yağış yağıb. Sonra baş verən fırtına nəticəsində şəhərin müxtəlif yerlərində ağaclar ya qırılıb, ya da kökündən çıxaraq maşınların üzərinə aşıb, bəzi binaların dam örtüyü dağılıb.

Fırtına ilə əlaqədar İstanbulu əhatə edən sularda gəmi səfərləri təxirə salınıb. Bəzi limamlarda qayıqlar aşıb.

Təbiət hadisəsinin vurduğu zərərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Seçilən
91
3
azertag.az

4Mənbələr