AZ

Sivasda üç nəqliyyat vasitəsinin iştirakı ilə qəza 1 ölü, 2 yaralı

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin Sivas şəhərində üç nəqliyyat vasitəsinin iştirakı ilə qəza baş verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Budaklı kəndi ərazisində avtomobillə yük maşını toqquşub. Həmin anda başqa bir avtomobil qəzaya düşən nəqliyyat vasitələri ilə toqquşmamaq üçün yoldan çıxıb və xəndəyə aşıb.

Qəza zamanı bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Dərhal hadisə yerinə səhiyyə, jandarma və polis qrupları göndərilib.

Məlum olub ki, yük maşını ilə toqquşan avtomobilin sürücüsü hadisə yerində ölüb. Aşan avtomobilin sürücüsü və sərnişini isə yaralanıb. Hər iki yaralı təcili yardımla Sivasdakı xəstəxanalara aparılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Qəza ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
525.az

1Mənbələr