AZ

“Müxalifətdə olduğuma görə, qardaşlarımla münasibətim heç vaxt isti olmayıb”

“Qardaşlarımla münasibətim heç vaxt isti olmayıb. Onlar siyasətdəki mövqeyimə görə mənə qarşı soyuq olublar”.

Musavat.com xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev TV Müsavat-ın canlı efirində aparıcı Sevinc Telmanqızının təqdimatında “Canlı debat” verilişində qardaşı oğlunun dəbdəbəli toy mərasimi ilə bağlı müzakirələrdən danışarkən deyib. Millət vəkili bildirib ki, qardaşları ilə çox da yaxın münasibəti yoxdur:
“Mən hər zaman səmimi danışmışam. İnsanlar bilsin ki, qardaşımın nəyi varsa, özünündür. Onun pulunun 1 manatının mənə nə istisi, nə də soyuğu var. Hər kəs özü üçün yaşayır. Qardaşımla münasibətlərim də heç vaxt isti olmayıb. Çünki mən həmişə müxalifətdə olmuşam, sərt danışmışam. İndi bir az konstruktivəm. Bu səbəbdən də qardaşlarımla münasibətim soyuq olub. Qardaşım Hasil və Hüseyn deyirdilər ki, sən müxaliflik edirsən.
Onu da deyim ki, qardaşım Hasil fanat dərəcədə Heydər Əliyevçi olub. Bu baxımdan məni həmişə danlayırdı ki, sən niyə müxalifətdəsən, sən iqtidarla yaxın olmalısan, nədən narazısan və s. Aramızdakı narazılıq buna görə olub. Lakin bütün hallarda biz qardaşıq, sadəcə siyasi baxışımız o zamanlar fərq yaradırdı”.
Seçilən
35
yenilik.az

1Mənbələr