“Uzak Şehir” serialında canlandırdığı Cihan obrazı ilə məşhur olan aktyor Ozan Akbaba sərvətinə sərvət qatmağa hazırlaşır. Sevilən sənətçi çəkiləcəyi reklam sayəsində milyonlara sahib olacaq. Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, şans Ozanın üzünə gülüb. Türkiyənin aparıcı tikinti şirkətlərindən biri aktyora reklam çarxında çəkilməyi təklif edib. Bunun müqabilində ona nə az, nə çox, düz 30 milyon lirə (1,2 milyon manat) qonorar ödəniləcək. Bu xəbər sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələrə səbəb olub. Minlərlə insan Ozan Akbabaya bəxtəvərlik verib. “Bizim bir ömür boyu qazana bilmədiyimiz pulu 1 dəqiqədə qazanacaq” məzmunlu mesaj yazanların sayı-hesabı yoxdur.