Millət vəkili Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğlunun Dubaydakı dəbdəbəli toy ölkə gündəmini zəbt edib.
Bəs bu rəqəmlər nə dərəcədə realdır?
Musavat.com xəbər verir ki, millət vəkili Razi Nurullayev bununla bağlı TV Musavat-ın canlı efirində aparıcı Sevinc Telmanqızının təqdimatında “Canlı debat” verilişində danışıb. O bildirib ki, səslənən rəqəmlər real deyil: “Daha dəqiq məbləği Aygün Kazımovadan soruşun. Ancaq bu rəqəm çox gülməlidir. Azərbaycanda müğənninin toya hansı qiymətə getdiyini hər kəs bilir də. Ancaq qardaşım oğlunun toyuna neçəyə gəldiyinə bilmirəm.
Qardaşımla danışdım. O da, qudasıgil də gərgindirlər. Deyirlər, toy niyə belə səs-küylü oldu. Axı onlar siyasətin içində deyillər. Bilmirlər ki, jurnalistlər nə yazar, insanlar nə deyər. Halbuki bir çox şeydə mənim mövqeyimi də nəzərə alıblar”.