AZ

“Sərhədin demarkasiyası TRIPP in həyata keçirilməsi üçün zəruridir” Baş nazir

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün zəruridir”.

525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib.

“Hazırda müəyyən proseslər aparılır və fürsət yarandıqda demarkasiya prosesi davam edəcək. Kommunikasiyaların və TRIPP layihəsinin işə salınması üçün ən azı sərhədin həmin hissələri demarkasiya olunmalıdır", - Paşinyan bildirib.

O əlavə edib ki, hazırda yerində aktiv işlər aparılır: “Bu iş incə yanaşma tələb edir. İndi bu detalları nəzərə alınmaqla sənədlər hazırlayırıq".

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
525.az

1Mənbələr